“AzFinance İnvestisiya Şirkəti” QSC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “AzFinance İnvestisiya Şirkəti” QSC-nin vergi borcu 77 748.69 manatdır. Bu vergi borcu 07.09.2022-ci il tarixinə olan məlumatdır.
Qeyd edək ki, bu şirkət 2014-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 milyon 550 min manatdır və qanuni təmsilçisi İntiqam Səfərəliyevdir.