“AzFinance İnvestisiya Şirkəti”nin Səhmdarlarının ümumi yığıncağının 14 noyabr 2019-cu il qərarına əsasən Abid Mamedov Şirkətin Müşahidə Şurasının Sədri təyin edilib.
Şirkətin yaydığı məlumatda bildirilir ki, “AzFinance İnvestisiya Şirkəti” 2014-cü ildə Abid Mamedovun rəhbərliyi altında qurulmuş və 5 il ərzində sektorun qabaqcıl şirkətlərindən biri vəziyyətinə gətirilmişdir. “AzFinance İnvestisiya Şirkəti” 110 milyon manatdan çox aktivləri ilə bazara liderlik edir.
Abid Mamedov “AzFinance” şirkətindən öncə 8 il maliyyə sektorunda çalışmışdır. Bu müddətin 5 ilini dünya maliyyə sektorunun liderlərindən biri olan “Bloomberg” şirkətinin MDB ölkələri üzrə Müştəri Xidmətləri üzrə Direktor vəzifəsində çalışmışdır.
Abid Mamedov orta məktəb təhsilini Avropada almış və 2003-cü ildə London Universitetinin İqtisadiyyat fakultəsində Bakalavr dərəcəsi, 2004-cü ildə İngiltərənin Briston Universitetinin İqtisadiyyat fakultəsində Magistr dərəcəsini əldə etmişdir.
Yüksək liderlik və menecerlik keyfiyyətləri ilə xüsusi seçilir. Evlidir. İki övladı var.