13 C
Baku
Tuesday, May 7, 2024

“AzFinance İnvestisiya Şirkəti”nin öhdəlikləri 9 dəfə artıb

“AzFinance İnvestisiya Şirkəti” QSC gəlirləri 2021-ci ildə artaraq 2 mln 585 min manat təşkil edib.

Banker.az bu barədə investisiya şirkətinin illik maliyyə hesabatında deyilir.

Hesabata görə, illik müqayisədə gəlirləri 72% artıb.

“AzFinance”nin 1 mln. 157 min manatı portfelin idarə edilməsindən (2020: 1 mln. 144 min manat), 505 min manatı broker fəaliyətindən (189 min manat), 449 min manatı istiqraz satışından (olmayıb), 471 min manatı sair gəlir (168 min manat) olub.

Onun işçiləri üzrə xərcləri 2020-ci ildə 672 min manat olduğu halda, 2021-ci ildə 1 mln. manatı ötüb.

ÖHDƏLİYİ 9 DƏFƏ BÖYÜDÜ

2021-ci il üzrə xalis mənfəəti 870 min manat üzərində olub, bu 2020-ci ildə 313 min manat idi.

İnvestisiya şirkətinin aktivləri 5 mln. 52 min manatdır. Bu da aktivlərin 2 dəfə artması deməkdir.

“AzFinance İnvestisiya Şirkəti”nin öhdəliklərinin həcmi 2021-ci ilin əvvəli ilə müqayisədə sonuna 9 dəfə artaraq 2 mln. 055 min manata yüksəlib.

12u 111u

Son xəbərlər
 ⁠
Digər xəbərlər