-1 C
Baku
Sunday, December 15, 2024

“AzFinance İnvestisiya Şirkəti”nin gəlirlərinin azalması səbəbi məlum oldu – HESABAT

Azərbaycanda fəaliyyət göstərən “AzFinance İnvestisiya Şirkəti” QSC ötən il üzrə 312.89 min manat həcmində xalis mənfəət əldə edib.

Bu barədə Banker.az şirkətin 2020-ci il üçün audit hesabatını aparan “RSM Azerbaijan”ın rəyinə istinadən xəbər verir.

“AzFinance İ.Ş.” ötən il ərzində 1 mln. 501.47 min manat cəmi gəlir əldə edib. Bu da 2019-cu illə müqayisədə 19% azalma deməkdir.

Gəlirin illik dinamikasındakı bu “neqativ” göstəriciyə səbəb broker fəaliyyətindən gəlirlərinin öncəki ildə 589.57 min manat olduğu halda, 2020-ci ildə 189.18 min manata qədər, sair gəlirlərinin həcminin isə 227.83 min manatdan 168.33 min manata qədər azalmasıdır. Şirkətin portfelin idarə edilməsindən gəlirinin həcmi 1 mln. 143.96 min manat  olub, bu da 11% illik müqayisədə çoxalma deməkdir.

“AzFinance İ.Ş.”nin işçi heyəti xərcləri həcmi 671.75 min manat (illik müqayisə: -30%), komissiya xərclərinin həcmi 70.24 min manat, digər əməliyyat xərcləri 352.52 min manat təşkil edib. Bununla da şirkətin əməliyyat mənfəəti 471.25 min manat təşkil edib. Şirkət il üzrə 155.23 min manat mənfəət vergisi ödəmişdir. Beləliklə, il üzrə 312.89min manat xalis mənfəət əldə edib. Bu da öncəki ildən 20% çox olması deməkdir.

Bu xalis mənfəətdən sonra investisiya şirkətinin balansındakı 248.8 min manatlıq yığılmış zərər 64.28 min manatlıq bölüşdürülməmiş mənfəətlə əvəzlənib.

24234242234

Son xəbərlər
Digər xəbərlər