Azərbaycanda telekomunikasiya şirkəti “AzİnTelecom”da təyinat olub.
Banker.az xəbər verir ki, Renat Rüstəmov “Azİntelecom” MMC-nin İnsan resursları departamentinin direktoru təyin edilib. O, bu vəzifənin icrasına 2022-ci ilin yanvarından başlayıb.
R.Rüstəmov 2021-ci ilin mayında Rəqəmsal inkişaf və nəqliyyat nazirliyinin balansında olan Məlumat Hesablama Mərkəzinə təyinat almışdı.
O bundan öncə “Sumqayıt Texnologiyalar Parkı” və “Yalama Agropark”da çalışmışdır.