“Azinvestkredit” MMC BOKT 2020-ci ili 41 min manat zərərlə başa vurub. BOKT 2019-cu ili 33 min manat mənfəətlə başa vurmuşdur.
Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.
31 dekabr 2020-ci il tarixinə “Azinvestkredit” MMC BOKT cəmi aktivləri 500 min 323 manat olub ki, bu da illik müqayisədə 10% azalma deməkdir. Müştərilərə verilmiş kreditlər və avanslar 492 min 259 manat təşkil edib. 2019-cu ildə isə bu göstərici 544 min 790 manat olub. Belə ki, BOKT-un kredit portfeli 10% kiçilib.
2020-ci ildə “Azinvestkredit” MMC BOKT-un cəmi öhdəlikləri 2 min manat (6.5 dəfə azalma), cəmi kapitalı isə 499 min manat (8% azalma) təşkil edib.
Qeyd edək ki, “Azinvestkredit” 2013-cü ildə yaradılıb. BOKT-un nizamnamə kapitalı 500 min manatdır.