“Azinvestkredit” BOKT-un təsisçilərindən biri payını satıb

“Azinvestkredit” MMC bank olmayan kredit təşkilatında (BOKT) 50% payı olan Orxan Cəfərov payını satıb.

Report agentliyinin BOKT-a istinadən xəbər verir ki, onun payını Tamara İsmayılova alıb.

“Azinvestkredit”in digər 50%-lik təsisçisi isə əvvəlki kimi Əkbər İsmayılovdur.

BOKT-da baş verən daha bir dəyişiklik isə onun nizamnamə kapitalının 100 min manat və yaxud 25% artırılaraq 400 min manatdan 500 min manata çatdırılmasıdır. Kapital artımında hər iki təsisçi paylarına uyğun iştirak edib. Yəni, artımdan sonra təsisçilərin pay bölgüsü dəyişməyib. 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər