15 C
Baku
Friday, March 29, 2024

“AzKredit” yarım milyonluq vəsait axtarışında

“AzKredit” bank olmayan kredit təşkilatı ASC 500 min manatlıq istiqraz buraxır.

Banker.az xəbər verir ki, BOKT hər birinin nominal dəyəri 1000 manat olan 500 ədəd faizli, təmin edilməmiş istiqraz buraxır. İstiqrazlar üzrə faiz dərəcəsi illik 8%, tədavül müddəti 1 ildir. Faizlər 90 gündən bir ödəniləcəkdir.

Bank olmayan kredit təşkilatı “Azkredit” 04 sentyabr 2020-ci il tarixindən etibarən Açıq Səhmdar Cəmiyyəti kimi fəaliyyət göstərir. Bank olmayan kredit təşkilatı “AzKredit” 2019-cu ildə MMC formasında təsis edilsə də, 04 dekabr 2019-cu il tarixində ləğv (iflas) prosesində olan, bank olmayan kredit təşkilatı “Vijn Fond Azərkredit” Məhdud Məsuliyyətli Cəmiyyətinin borclu ilə bağlamış olduğu kredit müqavilələri üzrə əldə etdiyi və 04 dekabr 2019-cu il tarixi vəziyyətinə qalan bütün hüquqlara və tələblərə mülkiyyət hüququ üzərinə götürüb.

Son xəbərlər
Digər xəbərlər