Neft-qaz sənayesində istehsal proseslərinin avtomatlaşdırılması sferasında xidmətlər göstərən “Azmetko Kompleks Sazlama və Avtomatlaşdırma” ASC-nin yığıncağı keçiriləcək.
Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. “Azmetko” ASC-nin 2022-ci il üzrə fəaliyyətinə dair illik hesabatının təsdiq edilməsi
2. “Azmetko” ASC-nin 2022-ci il üzrə illik mühasibat balansının təsdiq edilməsi
3. 2022-ci ilin yekunlarına görə mənfəətin bölüşdürülməsi, o cümlədən onların məbləği, ödənilmə qaydası, forması və müddətinin müəyyənləşdirilməsi.
Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.