6 C
Baku
Sunday, December 15, 2024

“Azmikroinvest” BOKT ötən il zərər edib

“Azmikroinvest” Bank Olmayan Kredit Təşkilatı MMC 2022-ci ildə zərər etdiyini açıqlayıb və azalma həmçinin onun gəlirlərində də müşahidə edilir.

Banker.az bunu Bankın illik audit hesabatına istinad edir.

Hesabata görə, 2022-ci ildə 178 min manatlıq faiz gəliri əldə edib. Bu 2021-ci illlə müqayisədə 40 faiz azdır. Şirkətin gəlir və xərcləri fərqindən sonra onun 12 min manat zərər etdiyi məlum olub. Bildirək ki, 2021-ci ili 101 min manat xalis mənfəət əldə etmişdi.

Bölüşdürülməmiş mənfəəti yığılmış zərərə (91 min manat) çevrilib.

“Azmikroinvest” BOKT-nin aktivlərinin həcmi 1 mln. 734 min manatdan 1 mln. 585 min manata düşüb. Aktivlərinin 860 min manatı müştərilərə verilən kreditlərdir. Bu, öncəki ildə 1 mln. 194 min manat idi. Aktivlərində 604 min manat nağd vəsaitlərdir ki, illik 50 faiz artımdır.

Bununla belə, borc öhdəliklərinin həcmi 27 min manat təşkil edir.

Xatırladaq ki, “Azmikroinvest” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1.65 milyon manatdır. BOKT-nin təsisçisi 100% İlqar Əhmədzadədir.

22 1 1 3

Son xəbərlər
Digər xəbərlər