26 C
Baku
Saturday, April 20, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri AZN valyutasında “müddətli” əmanətlər üzrə bazar araşdırması

AZN valyutasında “müddətli” əmanətlər üzrə bazar araşdırması

0
AZN valyutasında “müddətli” əmanətlər üzrə bazar araşdırması

Bank sektorunun son 1.5 – 2 illik inkşaf templərinə diqqət etsək, yəqin ki müsbət tendensiyanın müşahidə edildiyini görmək elə də çətin olmayacaq. Devalvasiyalardan sonra bank sektoruna qarşı cəmiyyətdə aqressiya formalaşmışdı və bu əhalinin Banklara inamını sarsıtmışdı. Bu barədə Banker.az saytının monitorinq qrupu yazır.

Bu hal bankların likvidliyinə öz mənfi təsirini göstərirdi, belə ki həm kredit portfelinin keyfiyyəti kəskin aşağı düşür, həm də depozit portfeli azalırdı. Əhali manata və Banklara olan inamsızlığı səbəbindən öz pulunu bankda yox yastıq altında saxlamağa üstünlük verirdi. Ən yaxşı halda isə manat valyutasında olan əmanətlər “dollarizasiya” prosesinə məruz qalaraq banklarda saxlanırdı.

Lakin əminliklə demək olar ki, çox cüzi istisnaları nəzərə almasaq hal-hazırda fəaliyyət göstərən Banklar bu çətin dövrün sınağında üzü ağ çıxdı. Hal-hazırda Bank sektorunda canlanmanı və inkşafı müşahidə edirik.  İstər ənənəvi, istərsə də müasir dövrün tələblərinə cavab verən rəqəmsal bank məhsullarının inkşafı istiqamətində ciddi addımlar atılır. Həmçinin ölkənin qabaqcıl Banklarının səhmdarları ard-arda nizamnamə kapitallarını artırır və bununla da cəmiyyətə “işlərin yolunda getdiyi” ilə bağlı siqnallar ötürürlər. Dövlət tərəfindən də Bankların sağlamlaşdırılması ilə bağlı atılan addımları və görülən tədbirləri xüsusilə vurğulamaq lazımdır. Bank sektorunun təhlili ilə məşğul olan monitorinq qrupumuz müsbətə doğru atılmış bu addımları görür və daima dəstəkləyir. Sektora qarşı yaranmış inam və etibar əhalinin yenidən öz pullarını Banklara etibar etməyinə gətirib çıxarır. Banklarda təklif edilən əmanət məhsulları öz xüsusiyyətlərinə görə bir neçə qrupa bölünür ki, bunlardan da ən geniş yayılmışı “müddətli” əmanətlərdir.

Müddətli əmanətlər – müqavilə müddəti ərzində əmanətin ilkin məbləğinin üzərinə əlavə vəsaitin artırılmasına yol verilməyən əmanətlərdir və adətən illik gəlirlilik faiz dərəcəsi digər növ əmanətlərə nisbətdə daha yuxarı olur.Banklar əmanət faizlərinin müştəriyə ödənilməsi üçün bir neçə opsiya (aylıq, rüblük, müddətin sonu və s.) təklif edir. Bu növ əmanətlər adətən 1 illik yerləşdirilsə də daha qısa (6 aylıq) və uzun (24, 36 ay) seçimlər də mövcuddur. Sözü çox uzatmadan müvafiq məhsul üzrə apardığımız araşdırma nəticəsində əldə etdiyimiz informasiyanı Sizlərlə bölüşmək istədik. Bankların təklifləri aşağıdakı cədvəldə qeyd edilib:

Bank Depozit Minimal məbləğ Müddət 12 ay 24 ay 36 ay
Aylıq Müddətin sonu Aylıq Müddətin sonu Aylıq Müddətin sonu
AccessBank Müddətli əmanət 50 AZN 1 – 24 ay 10,3% 11% 11,3% 12%
AFBBank Müddətli əmanət 1000 AZN 6 ay / 12 ay 7%
Amrahbank Lider əmanəti 500 AZN 3 – 36 ay 12% 12,5% 12,5% 13% 13% 13,5%
ASB Müddətli əmanət 3 ay / 6 ay / 12 ay 8% 10%
Atabank Universal əmanəti 500 AZN 1 – 60 ay 9,5% 10,5% 10,5% 12,0% 11,0% 12,25%
AzərtürkBank “Klassik” əmanəti 500 AZN 12 ay 7% 7,5% 8% 8,5% 9,5% 10%
Bank Avrasiya “Klassik” əmanəti 1000 AZN 12 ay / 24 ay 9% 10% 11% 12%
Bank BTB «Müddətli» əmanəti 100 AZN 3 – 36 ay 10% 11% 11% 12% 11% 12%
Bank Respublika Müddətli əmanət 6 – 36 ay 10% 10,5% 11% 11,5% 11% 11,5%
Bank VTB “Sərfəli” əmanəti 100 AZN 3 – 24 ay 10% 10,5% 9,5% 10%
ExpressBank “Klassik” əmanəti 500 AZN 12 ay / 24 ay 10% 10,4% 10,5% 11%
Günay Bank Müddətli əmanət 500 AZN 12 ay Razılaşma ilə 11%
Kapital Bank Kapital depoziti 100 AZN 12 ay  – 36 ay 7% 7,5% 8% 8,5% 8,5% 9%
Muğan Bank Meqa əmanəti 1000 AZN 12 ay 12,5% 12,75%
Naxçıvan Bank Müddətli əmanət 500 AZN 12 ay 4% 4%
NBC Bank Müddətli

depozit

200 AZN 1 – 12 ay 11%
Nikoil Bank Sabit Əmanəti 100 AZN 3 – 36 ay 9% 10% 10% 10,5% 10% 10,5%
Rabitə Bank Universal əmanət 200 AZN 3 – 24 ay 8% 10% 9% 10%
Turan Bank Sərvət (12 ay

Qızıl küpə (24 ay)

Xəzinə (36 ay)

100 AZN 12 ay 11% 11,4% 12% 12,4% 12,5% 12,9%
Unibank Unibank 500 AZN 6 – 36 ay 10,5% 11% 11% 11,5% 11,5% 12%
Xalq Bank Müddətli əmanət 1000 AZN 3 – 12 ay 6%
YapıkrediBank Standart Qazanc Əmanəti 250 AZN 1 – 36 ay 7,5% 7,5% 7,5%
Ziraat Bank Standard Əmanət Məhsulu 1000 AZN 3 – 36 ay 5,25% 6% 6,25% 7% 7,25% 8%