9 C
Baku
Friday, December 13, 2024

“Azneft”in idarəsində istehsalat müşavirəsi keçirilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsində (NQÇİ) 2019-cu ilin istehsalat fəaliyyətinin yekunu, hasilatın artırılması üçün hazırlanmış Tədbirlər Proqramının müzakirəsi ilə müşavirə keçirilib.

“Azneft” İB-nin baş direktoru Şahmar Hüseynov N.Nərimanov adına NQÇİ-nin gələcək perspektivlərindən danışıb, neft-qaz hasilatının artırılması istiqamətində görüləcək işlərdən söz açıb. Son illər “Bulla-dəniz” yatağında quraşdırılan yeni platformaların, qazılan yeni quyuların əməhiyyətini vurğulayan baş direktor kollektiv qarşısında mühüm tapşırıqlar qoyub.

Sonra N.Nərimanov adına NQÇİ-nin rəisi Pərviz Əhmədov 2019-cu ilin istehsalat fəaliyyətinin yekunu ilə bağlı hesabat verib.

Müşavirədə bir sıra təkliflər səsləndirilib, qarşıda duran mühüm vəzifələr müzakirə edilib.

©Report

Son xəbərlər
Digər xəbərlər