25 C
Baku
Tuesday, June 24, 2025

“Azpulmat” 2024-cü ilin maliyyə göstəricilərini açıqladı

Bank olmayan kredit təşkilatı “Azpul” MMC və ya “Azpulmat” 2024-cü ili 58.99 milyon manat xalis mənfəətlə başa vurub.

Banker.az xəbər verir ki, bu barədə BOKT-nin illik audit hesabatında qeyd edilir.

Bu göstərici əvvəlki ilin 28.4 milyon manatı ilə müqayisədə 107% artım deməkdir.

“Azpul”un faiz gəlirləri 2023-cü ildə 44.1 milyon manat idisə, 2024-cü ildə bu göstərici 78.1 milyon manata yüksəlib – bu, 77% artımdır.

Faiz xərclərində azalma ilə 826.7 min manatdan 648.4 min manata enib, bu da xalis faiz gəlirinin 43.3 milyon manatdan 77.5 milyon manata yüksəlməsinə səbəb olub.

Aktivlər 52% artıb

“Azpul”un ümumi aktivləri 2023-cü ilin sonundakı 50.9 milyon manatdan 77.4 milyon manata çataraq 52% artım göstərib. Pul vəsaitləri və onların ekvivalentləri 18.8 milyon manatdan 21.5 milyon manata, müştərilərə verilmiş xalis kreditlər isə 28 milyon manatdan 52.08 milyon manata yüksəlib.

2024-cü ildə ümumi kredit portfeli 107.7 milyon manata çatıb, bu da əvvəlki ilin 28.4 milyon manat göstəricisindən 3.8 dəfə çoxdur. Portfelin əsas hissəsini istehlak kreditləri təşkil edir.

Bununla yanaşı, kredit zərərlərinə görə yaradılmış ehtiyatlar 10.35 milyon manatdan 55.65 milyon manata yüksəlib – bu isə 438% artım deməkdir. Bu göstərici portfeldə riskli kreditlərin payının artdığını göstərir.

Kredit təşkilatının ümumi öhdəlikləri 2023-cü ildə 18.8 milyon manat idisə, 2024-cü ilin sonuna bu göstərici 11.6 milyon manata düşüb. BOKT-nin 9.66 milyon manatlıq borcu tam şəkildə ödənilərək sıfıra endirilib.

Cəmi kapital 32 milyon manatdan 65.8 milyon manata yüksəlib – 2 dəfədən çox artım. Bölüşdürülməmiş mənfəət 31.7 milyon manatdan 65.5 milyon manata çatıb.

2024-cü ilin sonlarında Azərbaycan Mərkəzi Bankı tərəfindən bank olmayan kredit təşkilatları (BOKT) üçün risklərin idarə olunması və prudensial tələblərlə bağlı yeni qaydalar müəyyənləşdirib. Xüsusilə gündəlik kreditləşmə üzrə ixtisaslaşmış BOKT-ların fəaliyyətini məhdudlaşdıran bu qaydalar, gündəlik əsasda verilən istehlak kreditlərinə birbaşa təsir göstərir.

Azərbaycanda ilk dəfə “gündəlik” kredit məhsulunu təqdim edən BOKT “Azpul” MMC üçün də bu dəyişikliklər mühüm əhəmiyyət kəsb edir. Banker.az-ın ilkin hesablamalarına görə, riskli kredit portfeli və yeni tənzimləyici çərçivə nəzərə alındıqda, 2024-cü il gündəlik kreditlər üzrə yüksək gəlirlilik dövrünün son ili olub. Gözləntilərə əsasən, 2025-ci ilin maliyyə nəticələri xeyli aşağı olacaq.

Xatırladaq ki, BOKT “Azpul” MMC 2020-ci ildə təsis edilib və Mərkəzi Bankdan kredit bazarına çıxış üçün lisenziya əldə edib.

mz

a

p k

Son xəbərlər
Digər xəbərlər