9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanlı milyarderin Britaniyadakı aktivləri dondurula bilər

Azərbaycan əsilli iş adamı Fərhad Əhmədovun Birləşmiş Krallıqdakı aktivlərinin bir hissəsi dondurula bilər. Bu barədə “The Daily Mail” məlumat yayıb.

Buna səbəb kimi milyarderin B.Britaniya vətəndaşı olduğu keçmiş həyat yoldaşı Tatyana Əhmədova üçün məhkəmə tərəfindən təyin edilən məbləği ödəməkdən imtina etməsi göstərilir. 2016-cı ildə Böyük Britaniya məhkəməsinin qərarı ilə iş adamı keçmiş həyat yoldaşına sərvətinin 41,5 faizini – təxminən 450 milyon funt sterlinq verməli idi.

Lakin milyarderin keçmiş həyat yoldaşının hesabına yalnız 5 milyon funt sterlinq köçürülüb.

Son xəbərlər
Digər xəbərlər