“AzRe Təkrarsığorta” şirkətinin 2026-cı ilin ilk yarısında xalis mənfəəti 22,5 milyon manat təşkil edib. Halbuki, 2025-ci ilin eyni dövründə bu göstərici 11,2 milyon manat təşkil edib. Beləliklə, xalis mənfəətdə 101% artım qeydə alınıb.
Banker.az bunu şirkətin rüblük hesabatına istinadənx əbər verir.
Hesabat dövründə şirkətin ümumi gəlirləri 63,6 milyon manat, ümumi xərcləri isə 36,2 milyon manat olub. Xalis investisiya mənfəəti 7 milyon manat təşkil edib.
Şirkətin biznes portfelinə baxdıqda, ümumi yığılan sığorta haqları 58,3 milyon manat, sığorta ödənişləri isə 12,6 milyon manat olub. Zərərlilik əmsalı ötən ilki 74,1%-dən 54,8%-ə enib. Qeyri-həyat sığortası sahəsində ümumi sığorta haqları 58 milyon manat təşkil edib ki, bu da əvvəlki dövrlə müqayisədə azalma deməkdir.
Şirkətin investisiya portfelinin həcmi 149,1 milyon manat olub. İnvestisiya gəlirləri 7,0 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9% çoxdur.







