7 C
Baku
Thursday, December 12, 2024

“AzRe Təkrarsığorta”nın Direktorlar Şurasının bir üzvü vəzifəsini tərk edib

Təkrarsığorta şirkəti “AzRe Təkrarsığorta” ASC-nin Direktorlar Şurasının üzvlərinin sayı azalıb.

Banker.az-ın əldə etdiyi məlumata görə, Anar Mansurov Eldar oğlu Mərkəzi Bankda yeni vəzifəyə təyin edildiyi üçün o, “AzRe”nin Direktorlar Şurasındakı vəzifəsini (müstəqil üzv kimi) tərk edib, adı siyahıdan götürülüb.

Bu vəzifə hazırda vakantdır.

Bununla da Direktorlar Şurasında bir sədr və bir üzv qalmaqdadır.

A.Mansurov respublika üzrə tanınmış bəstəkar Eldar Mansurovun oğludur. Eldar Mansurovun digər oğlu – Ülvi Mansurov isə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorudur.

O, 2022-ci ilin avqustunda Mərkəzi Bankda departament rəhbəri təyin edilib.

Xatırladaq ki, “AzRe Təkrarsığorta” 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri adları açıqlanmayan 6 fiziki şəxsə məxsusdur. “AzRe Təkrarsığorta” “Qala Sığorta” ASC-nin 100%-lik, “Qala Həyat Sığorta” ASC-nin isə 90%-lik səhmdarıdır.

Son xəbərlər
Digər xəbərlər