7 C
Baku
Wednesday, January 28, 2026

“Azre Təkrarsığorta”nın xalis mənfəəti 8% azalıb

“Azre Təkrarsığorta” ASC 2026-cı ili 22.35 mln. manat xalis mənfəətlə tamamlasa da, bu2024-cü ildə qeydə alınan 24.24 mln. manat xalis mənfəəti ilə müqayisədə 1.89 mln. manat və ya 8% azdır.

Banker.az xəbər verir ki, 2025-ci ildə gəlirlər 96.15 mln. manat olmaqla keçənilki nəticə, 86.7 mln. manatla müqayisədə 9.45 mln. manat yüksəlib.

Əsas əməliyyat gəlirləri 111.17 mln. manata çataraq ötən ilin 85.8 mln. manatı ilə müqayisədə 25.38 mln. manat artıb. İnvestisiya gəlirləri isə 10.81 mln. manatla 2025-ci ilin 16.01 mln. manat rəqəmini keçə bilməyib və 5.2 mln. manat azalıb.

Xərclər 68.74 mln. manat olub, ötən ilin 58.4 mln. manatı ilə müqayisədə 10.34 mln. manat artım qeydə alınıb. Əsas əməliyyat xərcləri 45.58 mln. manat, işlərin aparılması xərcləri isə 21.89 mln. manat təşkil edib.

Şirkətin investisiya portfelində istiqrazlar 110.39 mln. manata yüksələrək illik müqayisədə 12.12 mln. manat artıb, bununla belə dövlət istiqrazları 75.14 mln. manata düşüb, qeyri-dövlət istiqrazları isə 17.43 mln. manat artaraq 35.25 mln. manata çatıb.

Səhm yatırımları 13.11 mln. manat, depozitlər isə 13.1 mln. manat təşkil edib və bunlar əvvəlki ilə nisbətən ciddi artım göstərib. Cəmi investisiyalar 136.6 mln. manat səviyyəsinə çatıb.

Xatırladaq ki, “AzRe Təkrarsığorta” 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri adları açıqlanmayan 6 fiziki şəxsə məxsusdur. “AzRe Təkrarsığorta” “Qala Sığorta” ASC-nin 100%-lik, “Qala Həyat Sığorta” ASC-nin isə 50%-lik səhmdarıdır.

Son xəbərlər
Digər xəbərlər