8 C
Baku
Thursday, December 12, 2024

“Azsığorta”da yeni təyinat

“Azsığorta” ASC-də Təftiş Komissiyasına yeni üzv təyin olunub.

Banker.az xəbər verir ki, vəzifəyə təyin olan şəxs Nursultan Pənahlıdır.

Təftiş Komissiyasının sığorta şirkətində səlahiyyəti audit strategiyasını və siyasətini müəyyən edir, daxili audit planlarını təsdiq etmək, müstəqil auditorun təyin edilməsi ilə əlaqədar sığortaçının səlahiyyətli idarəetmə orqanlarına təkliflər vermək, Səhmdarların Ümumi Yığıncağına və Direktorlar Şurasına daxili nəzarət sistemlərinin təkmilləşdirilməsinə dair təkliflər vermək, daxili audit xidmətinin fəaliyyətinə nəzarət etmək, səlahiyyətlərinə aid olan məsələlər üzrə Direktorlar Şurasının və İdarə Heyətinin iclaslarının çağırılmasını tələb etmək, daxili audit xidmətinin iclasını çağırmaq, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirməkdir.

Xatırladaq ki, “Azsığorta” ASC 2006-cı ildə yaradılıb, 14 mln. manat nizamnamə kapitalına sahibdir. Şirkətin səhmlərinin 100%-i Hikmət İsmayılova məxsusdur.

Son xəbərlər
Digər xəbərlər