8 C
Baku
Friday, December 13, 2024

Aztəminatlı ailələrə birdəfəlik yardım verildi – SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında sərəncam imzalayıb.

Banker.azın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncama əsasən 2015-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə 50 (əlli) manat məbləğində birdəfəlik yardım ödəniləcək.

Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5,3 milyon (beş milyon üç yüz min) manat ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək,  Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birdəfəlik yardımın ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına köçürülməsini təmin etmək,  Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər
Digər xəbərlər