Аzərbаycаn Rеspublikаsı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC göstərilən parametrlərə uyğun 5 ədəd Pikap tipli nəqliyyat vastitələrinin satın alınması üzrə təkliflər sorğusu elan еdir.
Təkliflər sorğusunda iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş Təkliflər sorğusunun Əsas şərtlər toplusunu Tender komissiyasına ([email protected]) müraciət edərək əldə edə bilərlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və ödəniş şərtinin qəbul olunması.
İddiaçılar təkliflər sorğusunda iştirаk еtmək üçün aşağıdakı sənədləri qapalı zərfdə möhürlənmiş formada kağız daşıyıcıda 22.12.2020-ci il saat 17:00-a kimi təqdim etməlidirlər.
– təkliflər sorğusunda iştirаk еtmək üçün yazılı mürаciət;
– vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
– iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətdə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);
– iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (bir ildən az müddətdə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən bank arayışı);
– iddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə), ünvan və bank rekvizitləri;
– təkliflər sorğusu təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə);
– iddiaçının analoji iş təcrübəsini təsdiq edən sənədlər, təqdim olunacaq malların mənşə və uyğunluq setifikatları;
– iddiaçının təkliflər sorğusu təklifi təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır;
– iddiаçının təkliflər sorğusu təklifinin bank təminаtı (zərflər аçıldığı gündən ən azı 60 bank günü müəyyən еdilir və təklifin qiymətinin ən аzı 1 (bir) faizini təşkil еtməlidir).
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan sənədlər Azərbaycan dilinə tərcümə olunmalıdır). Təkliflər sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün tələb olunan sənədləri 22.12.2020-ci il saat 17:00-a qədər kağız daşıyıcıda, zərfdə möhürlənmiş formada Bakı şəhəri, Tbilisi prospekti 187 ünvanına “Aztelekom” MMC-nin inzibati binasına təqdim etməlidirlər. İddiaçıların təklifləri 23.12.2020-ci il saat 11:00-da açılacaqdır.
Təkliflər sorğusu və əlaqədar istənilən məlumatı əldə etmək üçün aşağıdakı şəxsə müraciət etmək olar:
Faiq Mustafayev – Satınalma mütəxəssisi ([email protected]) , (tel: +99412-344 00 00 daxili 3-72).