“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC 11 yanvar 2019-cu il tarixli 4 lot üzrə açıq tender proseduru korporativ səbəblərə görə təxirə salınıb.
Banker.az-ın məlumatına görə, satınalma prosesinin yenidən keçirilməsi ilə bağlı müvafiq qaydada elan veriləcəkdir.
Xatırladaq ki, AZTV-də 15 yanvar 2019-cu il tarixində Prezidentin əmri ilə rəhbərliyi dəyişdirilib və QSC-də bir sıra struktur islahatları getməkdədir.