26 C
Baku
Saturday, July 27, 2024

AzTV-nin rəhbərliyi dəyişdi – Qurum gənc jurnalistə həvalə edildi

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Banker.az bu barədə Prezidentin rəsmi saytına istinad edir.

“Arif Nizam oğlu Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin.” – deyə məlumatda deyilir.

Onun yerinə tanınmış jurnalist Rövşən Məmmədov (Raqifoğlu) təyin olunub.

R. Raqifoğlu bundan əvvəl Azərbaycan TV və Radio Verilişləri QSC-nin “İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyası”nın direktoru vəzifəsində çalışırdı. Daha əvvəl isə Lider TV-də İdman redaksiyasının rəhbəri olub.

Son xəbərlər
Digər xəbərlər