“AzVirt” MMC-nin aktivlərindəki azalma tempi davam edir. İki il ərzində cəmi aktivləri 36 faiz azalıb.
Banker.az xəbər verir ki, bu barədə MMC-nin 2017-ci ilin yanvar ayının 1-nə olan audit hesabatında deyilir.
Hesabata görə, ötən ilin yanvarın 1 ilə müqayisədə cəmi aktivləri 29,4 milyon manat azalaraq bu ilin yanvarın birindəki hesabatda 115,53 milyon manata düşüb.
Azalma “AzVirt”in öhdəliyində az qala 2 dəfəyə yaxındır. Belə ki, qurumun azalaraq cəmi öhdəlikləri 55,9 milyon manat təşkil edib. Bu, ötən ilin yanvarın 1-də 100,5 milyon manat idi.
Cəmi kapitalı isə artaraq 15,22 milyon manat artaraq 60 milyon manat olub. Bununda 51 milyon manatı bölşüdürülməmiş mənfəətfit.
“AzVirt” öncəki ildən fərqli olaraq ümumi gəlirləri artaraq 13,4 milyon manat təşkil etsə də, ili 379 min manat zərərlə tamamlayıb. Qeyd edək ki, Şirkət 2015-ci ili 1,7 milyon manat xalis mənfəətlə başa vurmuşdu.
Xatırladaq ki, 1995-ci ildə “AzVirt” Azərbaycan – Almaniya Birgə Müəssisəsi yaradımiş və “AzVirt” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırlıb.