Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 2021-ci il 15 dekabr – 2022-ci il 15 aprel tarixlərində ailə-kəndli və fermer təsərrüfatlarında 42 182 sayda iribuynuzlu heyvan identikləşdirilib.
Banker.az Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir ki, həm təsərrüfat, həm də heyvanlar haqqında məlumatlar elektron sistemə daxil edilib.
AQTA-dan verilən məlumata görə, fərdi qeydiyyata alınaraq, identikləşdirmə nömrəsi verilən heyvanlardan 18 796-sı Bakı, 20 176-sı Abşeron, 3210-u isə Sumqayıtın payına düşür.