Azərbaycan 2021-ci ilin yanvar-sentyabr ayları xaricə 14.93 min kub metr həcmində qaz ixrac edilib. Bu 2020-ci ilin müvafiq müddəti ilə müqayisədə 47% artmışdır.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.
Azərbaycan ixrac etdiyi qaza görə, 2 milyard 951.45 milyon dollar əldə edib.
Digər maraqlı məqam isə, ixrac edilmiş qazın qiyməti ilə bağlıdır. Dərc olunan hesabatdan məlum olur ki, qazın hər kub metrinin qiyməti 6% bahalaşıb.
Belə ki, Azərbaycan ötən il qazın hər 1000 kub metrini ortalama 186.3 ABŞ dollarına satdığı halda, bu il 197.7 dollara satılmışdır.
Xatırladaq ki, ötən həftə Avropada təbii qazın min kubmetrinin qiyməti tarixdə ilk dəfə 1 900 ABŞ dollarını keçib. Sonrakı günlərdə qiymət 1 000 ABŞ dollarından aşağı düşsə də, hazırda mavi yanacağın qiyməti 1 300 ABŞ dolları ətrafında qərarlaşıb.