10 C
Baku
Wednesday, December 11, 2024

BƏƏ İsraildə 10 milyard dollarlıq investisiya fondu yaradıb

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsraildə strateji investisiyalar üçün 10 milyard dollarlıq fond yaratdığını açıqlayıb.

Bu barədə BƏƏ-nin “Gulf News” qəzeti məlumat yayıb.

Qeyd edilib ki, bu addım İsrailin baş naziri Binyamin Netanyahunun Əbu Dabi vəliəhdi və BƏƏ Silahlı Qüvvələri Ali Komandanın müavini Məhəmməd bin Zayed Əl Nahyana zəng vurmasının nəticəsində atılıb.

İnvestisiya fondu həm İsraildə BƏƏ investisiyaları üçün, həm də energetika, sənaye istehsalı, su təchizatı, kosmik tədqiqat, səhiyyə və aqrar sənaye kompleksi kimi sahələr də daxil olmaqla, müxtəlif sahələrdə İsrail ilə birgə investisiyalar üçün nəzərdə tutulub.

Bu vəsaitlər iki ölkə arasındakı iqtisadi əməkdaşlığı inkişaf etdirmək və təşviq etmək məqsədilə təşəbbüsləri dəstəkləmək üçün nəzərdə tutulur. Fond həm dövlət, həm də özəl vəsaitlər hesabına formalaşdırılacaq.

Xatırladaq ki, ötən il sentyabrın 15-də Vaşinqtonda İsrail tərəfi ABŞ-ın aktiv vasitəçiliyi ilə BƏƏ və Bəhreynlə münasibətlərin normallaşdırılmasına dair sənədləri imzalayıb.

Son xəbərlər
Digər xəbərlər