10 C
Baku
Friday, December 13, 2024

BƏƏ neft ixracını dayandırır

Neftin qiymətinin sürətlə aşağı düşməsi fonunda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) önəmli qərar astanasındadır. Belə ki, adıçəkilən ölkə neft ixracını dayandırır. Bu barədə BƏƏ-nin Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum öz “Twitter” səhifəsində etdiyi şərhdə yaxın zamanda ölkədən sonuncu neft barrelini ixrac edəcəklərini bildirib.”Yaxın vaxtda BƏƏ-dən ixrac etdiyimiz sonuncu neft barrelini qeyd edəcəyik”, deyə o qeyd edib.
BƏƏ-nin qeyri-neft iqtisadiyyatını müzakirə etmək üçün qarşıdakı həftələrdə yerli rəhbərlik və iqtisadi ekspertlərin iştirakı ilə müzakirələr aparmağı planlaşdırırdıqlarını da vurğulayıb.

Neftin qiyməti son 12-13 ilin ən aşağı səviyyəsinə (2003-cü ildə 27.71 dollar) düşüb. Bir barelin qiyməti 28 dollara kimi düşüb. İrana qarşı olan sanksiyaların ləğvi isə qiymətlərin daha da aşağı düşəcəyi barədə məlumatların yayılmasını sürətləndirib.
Ötən gün 28.94 dollar olan “Brent” markalı neftin qiyməti ucuzlaşaraq, 28.15 dollar olub. “Texas” markalı neftin qiyməti də ucuzlaşıb. Belə ki, ötən gün səhər 29.42 dollar olan “Texas” (WTI) markalı neftin bir barelinin qiyməti müxtəlif dalğalanmalardan sonra 28.79 dollarda qərarlaşıb.
“AzəriLayt” markalı neft isə bir barelin qiyməti 0.82 dollar ucuzlaşaraq, 30,72 dollar təşkil edib.

b73bfbe139fa

Son xəbərlər
Digər xəbərlər