Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) OPEC+ çərçivəsindəki mövcud razılaşmaya uyğun olaraq, oktyabr ayında neft ixracatını 30 faiz ixtisar edəcək.
Bununla bağlı ölkənin enerji və sənaye naziri Süheyl Məhəmməd əl-Məzrui “Twitter” hesabından məlumat paylaşıb.
“Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) oktyabr ayında bütün dərəcələr üzrə tədarükünü 30 faiz azaldacağını həmin dövr alıcılarına bildirib. BƏƏ-nin hasilatı avqust ayında 2.963 min barel artırdığı bir halda, görülən tədbirlər bu yay mövsümündə elektrik tələbatının artmasından irəli gələn bu müvəqqəti artımın əvəzini çıxmağa yönəlir ki, bu da neft və səmt qazının hasilatını artırmaq zərurəti yaradır. BƏƏ OPEC+ razılaşmasına bütövlükdə bağlıdır və bunu da iyun ayında razılaşdırılmış kvotamıza əlavə olaraq gündəlik 100 000 barel daha azaltmağımız bunu göstərir”, – nazir qeyd edib.