15 C
Baku
Saturday, April 27, 2024

BƏƏ Pakistana $6,2 milyard məbləğində kredit ayıracaq

BƏƏ Pakistana ödəniş balansının tarazlığını saxlamağa kömək edəcək

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şahzadəsi olan şeyx Məhəmməd bin Zayed Əl Nahiyan, iqtisadi yardım məsələsini müzakirə etmək məqsədi ilə yaxın günlərdə Pakistana səfər etməyi planlaşdırır.

Banker.az-ın Pakistanın “Dunya News” telekanalına istinadən məlumatına görə, BƏƏ Pakistana $6,2 milyard həcmində kredit ayırmağı planlaşdırır. Kreditin birinci hissəsi ($3 milyard), Pakistan Dövlət Bankının (Mərkəzi Bank) hesabına yerləşdiriləcək, digər  hissəsi isə ($3,2 milyard) neft məhsulları ilə veriləcək. Borcun hissə-hissə qaytarılması nəzərdə tutulur.

Xatırladaq ki, bənzər sxemdən Səudiyyə Ərəbistanı da istifadə etmişdir. Pakistanla bağlanmış razılaşmanın çərçivəsində Əl-Riyad, $3 milyard cuvarında nağd pul, neft məhsullarının tədarükü üçün də $3 milyard ayırmışdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər