9 C
Baku
Friday, December 13, 2024

BƏƏ son iki ildə ilk dəfə Avropaya neft göndərir

Avropa idxalçılarının Rusiya istehsalı olan nefti almaq istəməməsi fonunda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Avropaya neft tədarükünü bərpa edib, Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.

Fransanın “TotalEnergies SA” neft-qaz şirkəti tərəfindən icarəyə götürülmüş “Moskva Spirit” neft tankeri BƏƏ-dən Hollandiyanın Rotterdam limanına doğru hərəkət edir. “Bloomberg”in məlumatına görə, o, təxminən 1 milyon bareldən çox neft aparır.

İzləmə portalı olan “VesselFinder”in vurğuladığı kimi, “Moskva Spirit” gəmisi mayın 20-də Misirin Süveyş limanından yola düşüb, tankerin iyunun 1-də Rotterdama çatması gözlənilir.

Rusiya neftinin tədarükündən imtina etmək istəyi Avropa Komissiyasının mayın ortalarında təqdim etdiyi REPowerEU planında qeyd olunub. AK rəhbəri Ursula fon der Leyen qeyd edib ki, plan üç prinsipə əsaslanır: təchizatın diversifikasiyası, enerjiyə qənaət və bərpa olunan mənbələrə keçidin sürətləndirilməsi.

Fəaliyyət planı beş il üçün nəzərdə tutulub – 2027-ci ilə qədər Brüssel onun həyata keçirilməsinin dəyərini 210 milyard avro dəyərində qiymətləndirir.

Son xəbərlər
Digər xəbərlər