“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasına yeni sədr təyin edilib.
Banker.az xəbər verir ki, bu vəzifəyə Bəhruz Nağıyev seçilib və bu vəzifədə Cavid Quliyevi əvəzləyib.
B.Nağıyev bundan əvvəl investisiya şirkətinin Müşahidə Şurasının üzvü olub. HHazırda “PASHA Holding” MMC-nin “PAŞA Bank” ASC-sində İdarə Heyətinin üzvüdür.
Bununla yanaşı, Vüqar Axundov Şüraya yeni üzv seçilib.
Xatırladaq ki, “PAŞA Kapital” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. İnvestisiya şirkətinin səhmləri 100 % daxil olduğu “PAŞA Holdinq” MMC-yə məxsusdur.