7 C
Baku
Thursday, December 12, 2024

Bəhruz Nağıyev

Qisa informasiya

PAŞA Bank -İdarə Heyətinin Üzvü , Baş Maliyyə İnzibatçısı

Vəzifədə: 29 mart 2018-ci il tarixindən

Bəhruz Nağıyev 2008-ci ildə Corc Vaşinqton Universitetinin maliyyə sahəsində Biznesin idarə edilməsi proqramı üzrə bakalavr dərəcəsinə yiyələnmişdir. O, həmçinin Kolumbiya universitetinin və London Ali Biznes məktəbinin müştərək proqramı üzrə EMBA dərəcəsini almaq üzrədir. B. Nağıyev London Ali Biznes məktəbinin, İE Madrid və Ashridge London Universitetinin “Yüksəl Rəhbərlik üçün Liderlik proqramlarını” bitirmişdir. B. Nağıyev CFA Level 1 dərəcəsinə yiyələnmişdir.

Bəhruz Nağıyev peşəkar karyerasına 2009-cu ildə Corc Vaşinqton Universitetinin maliyyə əməliyyatları üzrə koordinatoru qismində başlamış, 2010-cu ildə isə Azərbaycana qayıdıb iş fəaliyyətinə Aztexnika şirkətində Maliyyə analitiki/ Mühasibatlıq üzrə analitik olaraq davam etmişdir.

2011-ci ildə B. Nağıyev PAŞA Bank komandasına Xəzinədarlığa nəzarət üzrə mütəxəssis qismində qoşulmuşdur, 2013-cü ildə isə o, Menecment İnformasiya sistemi və Büdcə funksiyası üzrə eksperti vəzifəsinə təyin edilmişdir. 2014-cü ildə Nağıyev Xəzinədarlıq və Kapital bazarlar departamentinin direktoru təyin edilmişdir.

PAŞA Bankda B. Nağıyev mühasibatlıq, daxili və xarici hesabatlıq, xəzinədarlıq və əməliyyatlar kimi sahələrdə zəngin təcrübə əldə edərək yüksək ekspertizaya malik bankir qismində püxtələşmişdir. 29 mart 2018-ci ildə Nağıyev Baş maliyyə İnzibatçısı və İdarə Heyətinin Üzvü təyin edilmişdir.

Aid xəbərlər və məqalələr

Əsas xəbərlər