17 C
Baku
Saturday, May 18, 2024

Bəşər Əsəd: “Donald Tramp ABŞ-ın tarixindəki ən yaxşı prezidentdir”

Suriyanın lideri Bəşər Əsəd Donald Trampı ABŞ tarixindəki ən yaxşı prezidenti adlandırıb.

Banker.az xəbər verir ki, bu haqda SANA məlumat verib.

Əsəd bu qiymətləndirməsini Donald Trampın əsl niyyətlərini gizlətməyə çalışmadığı, bütün fikirlərini açıq şəkildə bəyan etməsi ilə izah edir. Onun sözlərinə görə, Amerika prezidenti öz məqsədini olduğu kimi ifadə edir: “biz neft istəyirik”, “biz kimisə yaxalamaq istəyirik”, “biz pul qarşılığında xidmət göstərmək istəyirik”.

“Amerikan siyasətinin reallığı budur”, – deyə Bəşər Əsəd əlavə edir.

Xatırladaq ki, daha əvvəl Suriya prezidenti Amerikanın silahlı qüvvələri tərəfindən “İslam dövləti” nin rəhbəri Abu Bakra əl-Bağdadinin aradan qaldırılması ilə bağlı yayılan məlumatın dəqiq olmadığını söyləmişdir. Onun sözlərinə görə, bu ABŞ-ın hiylələridir.

 

 

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər