Biz özümüzü ağıllı, müstəqil, qəddarlıq və biganəliyə öyrəşməmiş insanlar kimi hesab etməyə öyrəşmişik. Həqiqətdə isə müəyyən şəraitlərdə Homosapiens öz “insanlıqları”ndan asanlıqla vidalaşırlar.
1. Aşanın tədqiqatı (1951)
Bu tədqiqat qruplarda konformizmin öyrənilməsinə yönəlmişdir. Könüllü tələbələri guya ki, görmə qabiliyyətlərini yoxlamaq üçün dəvət edirlər. Onlara şaquli xətt əks olunmuş vərəq göstərirdilər. Daha sonra tələbələrə 2 xətt əks olunmuş vərəq göstərilirdi. Gənclər ikinci vərəqdəki hansı xəttlərin ölçüsünə görə birinci vərəqdəki xəttə uyğun olduğunu təyin etməli idilər.
Tədqiqata məruz qalanların fikirlərini ən son anda sorşurdular.
Bu prosedur 18 dəfə təkrar olunmuşdu. İlk iki dəfə iştirakçılar düzgün cavabı deyə bilirdilər.
Çünki xətlərin bir-birinə uyğunluğu çox aşkar idi. Lakin daha sonra iştirakçılar hami bir nəfər kimi səhv cavab verməyə başlayırlar. Bəzən bütün iştirakçılar 1- 2 nəfərə deyirdilər ki, onlar düzgün cavabı deyirdilər, lakin onlar onların fikirlərinin ətrafdakılarla üst- üstə düşmədiyi üçün diskomfort hiss edirdilər.
Nəticədə tələbələrin 75%-i bir dəfə belə olsa əksəriyyətin fikrinə qarşı çıxmağa hazır idilər.
Onlar səhv cavabı deyirdilər. Bütün cavabların 37%-i yanlış olmuşdu. Yalnız bir iştirakçı cəmi bir dəfə səhv etmişdi.
Bu tədqiqat nəyi göstərir?
İnsanlar ətrafdakıların fikirlərindən çox asılıdırlar. Əgər ətrafdakıların fikirləri müəyyən bir insanın düşüncəsinə ziddirsə, bu, o demək deyil ki, həmin insan əksəriyyətin fikirlərinə qarşı çıxa biləcək.
Cəmiyyətin bizi mühakimə etmək qorxusu mövcud olduqca insanlar öz daxili səslərini susduracaq və öz mövqelərini müdafiə etməyəcəklər.
2. Laqeyd şahidin tədqiqatı (1968)
1964-cü ildə bir qadının üzərinə yarım saat ərzində davam edən və iki dəfə təkrarlanan cinayətkar hücum nəticəsində qadın xəstəxanaya gedərkən yolda vəfat etmişdi. Bu cinayətin 10-dan çox şahidi var idi, lakin heç kim hadisəyə diqqətlə yanaşmamışdı. Bu hadisələrin motivlərinə görə, Con Darli və Bib Lateyn öz şəxsi psixoloji tədqiqatını keçirməyə qərar verirlər.
Onlar diskussiyada iştirak etmək üçün könüllüləri dəvət edirlər. Son dərəcə delikat sualların müzakirə olunacağını düşünən iştirakçılar uzaq məsafədən diskussiyada iştirak etməyə qərar vermişdilər. Diskussiya zamanı iştirakçılardan biri yalandan epileptik tutma keçirdir.
Bu tutmanın qeyri-səmimi olduğunu spikerlərin səsinə görə təyin etmək olardı. Söhbər təkbətək olanda tədqiqata məruz qalanların 85%-i hadisəyə cəld reaksiya vermişdilər və zərər çəkənə kömək etməyə cəhd etmişdilər. Lakin bir söhbətdə 4 nəfər iştirak etdiyi halda iştiraçıların yalnız 31%-i hadisəyə müdaxilə etməyə cəhd göstərmişdilər. Qalan iştirakçılar isə hesab edirdilər ki, başqası hadisəyə müdaxilə edəcək və zərər çəkənə kömək gəstərəcək.
Bu tədqiqat nəyi göstərir?
Əgər siz hesab edirsiniz ki, sizin ətrafınızdakı çox saylı insanlar sizin təlükəsizliyinizi təmin edəcəklər, siz yanılırsınız. Kütlə başqasının acısına qarşı laqeyd ola bilər. Xüsusilə də, çətin mariginal qrupdan olan insanlar düşürlərsə.
Bizim yanımızda kimsə olduqda biz baş verən hadisələrə görə məsuliyyəti asanlıqla onun boynuna atırıq.