2 C
Baku
Saturday, December 14, 2024

Bəzi deputatlar Milli Məclisin sabahkı iclasına qatılmayacaq

Milli Məclisin sabah – aprelin 9-da keçiriləcək növbəti plenar iclasında bəzi deputatlar iştirak etməyəcək.

Parlamentin sabahkı iclasına yaşı 65-dən yuxarı olan deputatlar qatılmayacaq.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Report”a bildirib ki, yaşı 65-dən yuxarı olan deputatlar Azərbaycanda tətbiq olunan karantin rejiminin tələblərinə əməl edəcəklər:

“Bu baxımdan mən və yaşı 65-dən çox olan digər həmkarlarım sabahkı iclasda iştirak etməyəcəyik”.

©Report

Son xəbərlər
Digər xəbərlər