“Bəzi heyvanların ovlanması zəruridir”.
Bunu Təbiət və Ov Turizmi Assosiasiyasının sədri Ramin Zamanov ovçuluq fəaliyyətlərinin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimində deyib.
Onun sözlərinə görə, çünki onların sayı artırsa, ətrafda yaşayanlara zərər vurur:
“Məsələn, çaqqal, canavar kimi heyvanların sayı artanda qida ehtiyatları tükənir və insanlara hücum edirlər. Ona görə də həmin heyvanların ovlanması üçün bəzən müəyyən məbləğdə mükafat da təyin edilir. Digər tərəfdən ovçuluq turizmin inkişafına da öz müsbət təsirini göstərir. Ov üçün gələn xarici vətəndaşlar daim ovda olmur. Onlar ölkədə abidə və muzeyləri də gəzir, ictimai-iaşə obyektlərinin xidmətlərindən istifadə edirlər” – o, deyib.