Paytaxtda müşahidə olunan qatı dumanla əlaqədar, Heydər Əliyev prospekti-Hava limanı və Zığ dairəsi-Hava limanı avtomagistrallarında sürət həddi zolaqlar üzrə müvafiq olaraq endirilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verilir.
Məlumata görə, elektron məlumat tablolarında “duman” işarəsi qoyulub. Məqsəd, bu cür hava şəraitində hərəkətin təhlükəsziliyini təmin etməkdir.