13 C
Baku
Saturday, November 23, 2024

Bəzi ölkələrdən Azərbaycana idxala müvəqqəti məhdudiyyət qoyuldu

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Niderland Krallığının Utrext əyalətində, Polşa Respublikasının Velikopolsk inzibati ərazisində, Slovakiya Respublikasının Trnavsk diyarında, Macarıstanın Çonqrad və Bekeş inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Banker.az bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən (AQTA) xəbər verir.

Agentlikdən bildirilir ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Niderland Krallığının Utrext əyalətindən, Polşa Respublikasının Velikopolsk inzibati ərazisindən, Slovakiya Respublikasının Trnavsk diyarından, Macarıstanın Çonqrad və Bekeş inzibati ərazi vahidlərindən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən və emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan Respublikasının ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Niderland Krallığından, Polşa Respublikasından, Slovakiya Respublikasından və Macarıstandan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Son xəbərlər
Digər xəbərlər