1 C
Baku
Saturday, December 14, 2024

Bəzi tibb müəssisələrinə yeni direktorlar təyin olunub

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar təyin ediliblər.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Ağdaş Rayon Mərkəzi Xəstəxanasına İntiqam İbrahimov, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına Namiq Həsənov, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına isə Elçin Bilalov direktor vəzifəsinə təyinat alıb.

Yeni direktorlar kollektivə təqdim olunub, vəzifələrinin icrasına başlayıblar.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər