11 C
Baku
Wednesday, May 22, 2024

Bəzi tikinti materialları 5 faiz idxal gömrük rüsumundan azad olunub

Bəzi tikinti materialları 5 faiz idxal gömrük rüsumundan azad olunur.

Bu, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, tərkibində MgO, CaO və ya Cr2O3-ə hesablanmış 50 kütlə %-dən çox bir yerdə və ya ayrı-ayrılıqda götürülmüş Mg, Ca və ya Cr elementləri olan, tərkibində 93 kütlə % və ya daha çox silisium oksid (SiO2) olan, tərkibində 7 kütlə %-dən çox, lakin 45 kütlə %-dən az olan giltorpaq (Al2O3) olan tikinti materialları gələn il yanvarın 1-dən 31 dekabr 2030-cu ilədək 5 faiz gömrük rüsumundan azad olunur.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər