2 C
Baku
Saturday, December 14, 2024

Babilistanın “pul qanunlarının” müasir aktuallığı

 “Pul – ictimai uğurun ölçüsüdür. Pullar həyatın yaratdığı ali xoşbəxtliklərdən dadmaq imkanı verir və onlar pul yığılması üçün ən sadə qaydalara riayət edənləri sevərlər. Hazırda pullar hələ qədim Babilistanda mövcud olan maliyyə məsələlərinin tabe olduğu qanunlara tabedir.
Bütün tarix boyu Babilistan qədər məşhur şəhər mövcud olmayıb. Bu şəhərin yalnızca adı zənginlik və çiçəklənmə ilə birlikdə çəkilir. Onun sərvətləri tükənməz idi. Babilistan sakinləri barbar deyil, təhsilli insanlar idi. Tarixi elm sübut edir ki, onlar arasında ilk mühəndislər, astronavtlar, riyaziyyatçılar, maliyyəçilər mövcud olmuşdur və ilk olaraq babilistanlılar səliqəli yazıdan istifadə etmişlər.

Babilistan ona görə qədim dövrün çiçəklənən şəhərinə çevrilmişdi ki, onun sakinləri yoxsulluğun öhdəsindən gələ bilmişdilər. Onlar pulun dəyərini anlayırdılar və maliyyə qanunlarına ciddi olaraq əməl edirdilər. Bu qanunlar isə onlara nəinki pul qazanmaq, həmçinin onları qorumaq və varlanmağa kömək üçün də yardım edirdi. Babilistan sakinləri hazırda müasir insanın arzusunda olduğunu bacarmışdılar… Onlar öz zəngin gələcəklərini təmin etmişdilər.

Tapılmış arxeoloji materiallara əsasən, o dövrdə aktual olan maliyyə qanunları müasir insanlar üçün əlçatan olmuşdur. Bu ölümsüz qanunlar haqqında bəhs edən mənbələrdən biri “Babilistanın ən varlı insanı” kitabıdır. Kitabda qeyd olunmuş “varlanmanın əsas qaydaları”-ndan bir neçəsini qeyd edək:

  1. “Pul kisəsinə atılmış hər 10 sikkədən yalnız 9-nu xərcləmək lazımdır”.
  2. Öz büdcənizi elə şəkildə təşkil edin ki, pulunuz vacib ehtiyaclara, əyləncəyə və istəklərinə bəs etsin. Lakin xərcləriniz gəlirinizin 10-da 9-nu keçməməlidir.
  3. Hər bir sikkə işləməli və daimi gəlir gətirməlidir.
  4. Uğurlu yatırım edənlərin məsləhətlərini dinləmək lazımdır. Onların müdrikliyi sizin qızılınızı riskli investisiyalardan qoruyacaq.
  5. Şəxsi evinizin sahibi məhz özünüz olun.
  6. Layiqli qocalığı əvvəlcədən təşkil edin və ailənizin rifah içərisində yaşamasını təmin edin.
  7. Öz bacarıq və vərdişlərinizi inkişaf etdirin, öyrənin və müdrik olun. Elə yaşayın ki, özünüz özünüzə hörmət edəsiniz.
Son xəbərlər
Digər xəbərlər