6 C
Baku
Sunday, December 15, 2024

Bağlanan bankın Kredit Komitəsi ölkə rəhbərliyinə şikayət edəcək

Ötən gün müflisləşmiş ən iri bankın – “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin (KK) növbəti iclası keçirilib.

Bu barədə Banker.az-a həmin bankda KK-nin sədri olan, hüquqşünas Əkrəm Həsənov bildirib.

Həsənov deyib ki, iclasda bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) fəaliyyəti kəskin tənqid olunmuş, işinin kreditorların, o cümlədən əmanətçilərin maraqlarına zidd olduğu vurğulanıb.

“ADIF-in qeyri-qənaətbəxş fəaliyyəti barədə ölkə rəhbərliyinə şikayətin göndərilməsi barədə qərar qəbul edilib.” – deyə o bildirirb.

akram hasanov
Əkrəm Həsənov

Kredit Komitəsinin ADIF-ə qarşı əsas pretenziyaları bunlardır:
1) bankın ləğv prosesini plansız və özbaşına aparması, ləğv planını məhkəməyə qanunla nəzərdə tutulmuş müddətdə təqdim etməməsi, məhkəməyə və kreditorlara hörmətsizlik edilməsi;

2) təqdim edilən ləğv planında çoxsaylı texniki, hüquqi və iqtisadi səhvlərin, habelə açıq-aşkar pozuntuların olması;

3) bankın daşınmaz əmlakının hərraca çıxarılaraq satılmasının ləngidilməsi, həmin əmlakların saxlanılması üçün yersiz xərclərin çəkilməsi;

4) iri borc alanlara qarşı məhkəmə işlərinin aparılmaması, aparılan məhkəmə işlərinin siyahısının gizlədilməsi, bəzi borcların özbaşına silinməsi;

5) artıq xərclərə yol verilməsi və həmin xərclər üzrə hesabatın verilməməsi;

6) Mərkəzi Bankın tələbinin növbədənkənar qaydada ödənilməsinin planlaşdırılması;

7) ləğv prosesinin əvvəllər bəyan edildiyi kimi 2019-cu deyil, 2021-ci ilin sonunda bitirilməsinin planlaşdırılması

“Şikayətin mətni yaxın vaxtda hazırlanıb, razılaşdırılıb göndəriləcək.” – deyə Ə.Həsənov bildirib.

Son xəbərlər
Digər xəbərlər