“Bu ilin sonunadək əmanətçilərin bağlanan banklarda olan əmanətləri üzrə kompensasiyaların ödənilməsi tam başa çatacaq”.
Bunu Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Tural Piriyev deyib.
Onun sözlərinə görə, 2017-ci ildə eyni problem “Dəmirbank”la yaşandı və Konstitusiya Məhkəməsi vətəndaşların xeyrinə qərar qəbul etdi: “Vətəndaşların hər hansı bir təqsiri yoxdur. Belə bir vəziyyət alındığına görə, vətəndaş haqlı olaraq öz pulunu tələb edə bilər. Biz əlimizdən gələni edəcəyik ki, bu pul geri qaytarılsın. Böyük ehtimalla o məbləğ bizə ötürüləcək və biz həmin pulları kompensasiya edə biləcəyik. Bunun gələn ilə keçməyəcəyinə tam əminəm”.