6 C
Baku
Sunday, December 15, 2024

Bağlanmış 4 bankın qorunan əmanətlərlə bağlı yekun rəqəmlər açıqlanıb

Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankı – “Parabank”, “Zaminbank”, “Kredobank” və “Dekabank” ASC-lərdə kompensasiya olunacaq əmanətlərin ümumi yekun məbləği 110,714 mln. manat təşkil edib. Bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ADİF) açıqlamasında bildirilir.

Xatırladaq ki, Fondun icraçı direktoru Azad Cavadov bir həftə öncə keçirdiyi mətbuat konfransında sözügedə rəqəmin 127 mln. manata yaxın olduğunu açıqlamışdır. Aparılan dəqiqləşdirmələrdən sonra isə kompensasiya olunacaq əmanətlərin ümumi məbləğinin 17 mln. manat az olduğu üzə çıxıb:

Bank Fiziki şəxslərin
ümumi əmanətləri
(mln. manat)
Qorunan əmanətlər
(mln. manat)
Kompensasiya olunan
əmanətlər
(mln. manat)
Qorunan əmanətçilərin
sayı
1 “Parabank” 87,619 61,949 43,788 18 970
2 “Zaminbank” 53,632 53,631 36,350 10 742
3 “Kredobank” 30,206 20,956 27,768 4 542
4 “Dekabank” 5,585 3,767 2,807 133

Qeyd edək ki, yaranmış fərqlə bağlı ADİF-in icraçı direktoru A.Cavadov bu gün rəsmi açıqlama verəcək.

Report

Son xəbərlər
Digər xəbərlər