1 C
Baku
Saturday, December 14, 2024

Bahalaşma Azərbaycanın palma yağına xərcini 31% artırıb

Azərbaycan 2022-ci ildə xaricdən aldığı palma yağının həcmini öncəki ildən iki dəfəyə yaxın artırıb.

Bu barədə Banker.az-ın əldə etdiyi rəsmi statistikada bildirilir.

Bildirilir ki, 2022-ci ilin yanvar-aprel ayları ərzində 24.22 min ton həcmində xam palma yağı idxal edib. Bu da öncəki ili 90% üstələyir.

İdxal edilmiş palma yağının ümumi dəyəri $38.13 mln. təşkil edib. Bu da o deməkdir ki, 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan xam palma yağının hər tonunu $1 574 alıb. Bu 2021-ci ilin eyni dövründə $1 200 idi. Bu da bu il qiymətlərin 31% artması deməkdir.

Qeyd edək ki, qlobal duru yağları ehtiyatlarının azalması və Ukraynadakı müharibənin təsiri də daxil olmaqla, ixrac profisitlərinin azalmasından sonra palma yağının qiyməti yaxın aylarda bir ton üçün rekord 8 100 Malayziya rinqqiti ($1 938) qədər bahalaşıb.

Azərbaycan hazırda iki ölkədən – Malayziya və İndoneziyadan bu yağı alır.

Aylar Miqdar, ton Dəyər, min USD USD/ton
Yanvar                8,771              12,842      1,464
Fevral                7,455              12,346      1,656
Mart                     –                     –           –
Aprel                7,993              12,944      1,619
CƏMİ (Yanvar-aprel)               24,219              38,132      1,574

 

Son xəbərlər
Digər xəbərlər