10 C
Baku
Wednesday, December 11, 2024

Bakcell-ə “099” kodunun verilməsi tələb edilir – “Azercell üçün münbit şərait yaradılır”

Ötən gün, mobil operator “Azercell Telekom” MMC-yə “050”, “051” kodlarının ardından “010” kodu ilə nömrələr buraxacağı ilə bağlı məlumatlar yayıldı. Lakin, bu məlumat bir çox İKT ekspertləri tərəfindən bir mənalı qarşılanmadı və kodu vermə hüququ olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini (NRYTN) “ayrı-seçkilikdə” qınayırlar. 

Məsələm, Azərbaycan İnternet Forumunun prezidenti, İKT üzrə ekspert Osman Gündüz ötən gün paylaşım etməklə bildirmişdi ki, “Bakcell” tərəfindən NRYTN-nə müraciət edərək 3 il ərzində heç bir cavab verilməyib. 

Doğurdan da bu biz tərəfdən də ekspertin bu sualına cavab istərdik; necə olur ki, “Azercell”ə 3 kod verilir, digər rəqibi olan “Bakcell”ə ikinci kod verilmir.

Bakcell-in bu günkü açıqlamasından da bəlli olub ki, dünən yazdığımızın hamısı tam təsdiqlənib.

“1. NRYTN 3 ildir ki Bakcell-ə 099 kodunu vermir.

2. Bakcell bununla bağlı – NRYTN-nin antiinhisar qanunları pozmasından Antiinhisar Dövlət Xidmətinə rəsmi müraciət edib.

3. Antiinhisar NRYTN üçün icrası məcburi olan qərar qəbul edib və Bakcell-ə 099 kodu verilməsi üçün göstəriş verilib.

4. Bundan sonra NRYTN dərhal Azercell-ə 010 kodu verib.

5. Məhz bundan sonra Antiinhisarın 099 qərarını icra edib.

6. Bununla belə NRYTN hələ də öz inhisarçı mövqeyindən sui istiafdə edərək Azercell dövlət şirkəti üçün daha münbit şərait yaradılması məqsədilə 099 kodu ilə bağlı

Bakcell-ə bağlanacaq müqaviləni mümkün qədər ləngidir”, deyə ekspert Osman Gündüz bildirir.

Son xəbərlər
Digər xəbərlər