5 C
Baku
Saturday, December 14, 2024

“Bakcell” işçi sayını 1 600 nəfərə çatdırır

“Bakcell” MMC 2021-ci il ərzində işçi sayını xeyli artırıb.

Bunu Banker.az telekommunikasiya şirkətinin illik hesabatına istinadən xəbər verir.

Bildirilir ki, 1 yanvar 2022-ci il tarixinə 1 575 nəfər işçisi olub.

Bu da illik müqayisədə 169 nəfər, yaxud 12 faiz artım deməkdir.

Hesabatda qeyd edilir ki, işçilərin 1 030 nəfəri kişi, 545 nəfəri isə qadındır.

Kişilərin 189 nəfəri yüksək vəzifədə çalışan kişilər və 70 nəfəri isə qadınlar olub.

İşə götürlənlərdən 206 nəfərinin yaşı 30-dan aşağı, 193 nəfəri 30-50 yaş arası olmuşdur.

Qeyd edək ki, milli mobil operator 1996-cı ildə dövlət qeydiyyatına alınıb, onun nizamnamə kapitalı 9.91 milyon ABŞ dollarıdır.

Son xəbərlər
Digər xəbərlər