25 C
Baku
Saturday, July 27, 2024

Bakcellin yeni baş icraçı direktoru kimdir?

Məlumat verdiyimiz kimi, Bakcell şirkətinə yeni rəhbər təyin edilib.

Belə ki, yeni rəhbər telekommunikasiya bazarında 20 illik iş təcrübəsi olan Nikolay Bekers olub. O, səlahiyyətlərinin icrasına mayın 1-dən başlayıb.

Berkersin əvvəlki fəaliyyəti barədə qısa arayışı təqdim edirik:

Nikolay Bekers bu vəzifəyə təyin edilməmişdən öncə 3 ildən çox Ruminayada Almaniyanın Deutsche Telecom telekommunikasiya qrupunun baş icraçı direktoru vəzifəsində çalışıb.

O, həmçinin 1 ildən çox T-Systems Fransa şirkətinin prezidenti, Makdenonski Telecom şirkətinin baş icraçı direktoru, Deutsche Telecom France SAS şirkətinin prezidenti vəzifələrini də icra edib.

Bundan əlavə, Berkers İndonzaiya, Malayziya, Sinqapur və Filippin kimi ölkələrdə telekommunikasiya sənayəsi üzrə də çalışıb.

Bekers İNSEAD biznes məktəbinin və Köln Üniversitetinin MBA diplomunu alıb.

Bakcell-in yeni rəhbəri 5 dildə- fransa, indonzaiya, alman, ingilis, yapon dilində sərbəst danışa bilir.

backcell

Bekers Azərbaycandakı yeni fəaliyyətindən danışarkən deyib ki, Azərbaycana yeni gəlib və Azərbaycan dili biliyi çox aşağı səviyyədədir. O, ölkəmizdəki fəaliyyəti dövründə Azərbaycan dilini təkmilləşdirəcəyini deyib:

“Son zamanlar dünyada yaşanan çətin iqtisadi vəziyyət Azərbaycandan da yan keçməyib. Telekommunikasiya sahəsi Azərbaycan iqtisadiyyatında əhəmiyyətli yer tutur və şübhəsiz ki, mövcud iqtisadi durum bu biznes sahəsinin qarşısında da çətin və mürəkkəb vəzifə qoyur. Buna baxmayaraq , Bakcell ölkənin telekommunikasiya bazrında oluduqca güclü mövqeyə sahibdir və inanıram ki, bu çətinliklərin öhdəsindən peşəkarcasına gələcək”.

Son xəbərlər
Digər xəbərlər