Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Məlumata görə, yeni marşrut xətti “Pirşağı” dəmiryol satnsiyasını, Kürdəxanı qəsəbəsi, “Ləhic bağları” və Nardaran qəsəbəsindən keçməklə Maştağa qəsəbəsini əlaqələndirəcək.
Yeni xəttinin təşkili sayəsində Nardaran qəsəbəsi, “Ləhic bağları” adlanan ərazidə məskunlaşan əhali müntəzəm marşrutla təmin ediləcək. Bununla da sakinlərin marşrut xətti boyunca yerləşən təhsil müəsisələrinə, iaşə obyektlərinə, habelə yay müvsümü ərzində bağlara, çimərliklərə, istirahət mərkəzlərinə rahat gediş-gəlişi mümkün olacaq.
Yeni xətt üzrə avtobuslar 12.07.2021-ci il tarixindən fəaliyyət göstərəcək.