Bakı şəhərində 2021-ci ilin yanvar-noyabr aylarında ticarət dövriyyəsinin həcmi 21 milyard 478.4 milyon manat olub.
Bu barədə Banker.az Bakı Şəhəri Statistika İdarəsinə istinadla xəbər verir.
2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 5.3 faiz artıb.
Qeyd edək ki, Azərbaycan Respublikası üzrə ümumi pərakəndə dövriyyəsi 38 milyard 327.5 milyon manat idi. Bu da Bakı şəhərinin respublika üzrə pərakəndə ticarət dövriyyəsinin 56%-inə sahib olması deməkdir.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5.6 faiz artaraq 11 milyard 059 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5.2 faiz artaraq 10 419.4 milyon manata bərabər olmuşdur.
İstehlak məhsullarının 36 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 44.8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 19.2 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.